Zərdab şəhər 1 nömrəli məktəb-liseyin akt zalında Respublika fənn olimpiadalarının (RFO) yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlərlə görüş keçirilib.
Zerdab.com saytı xəbər verir ki, görüşdə Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, sektorun müvafiq əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak edib.
Təhsil sektorunun müdiri şagirdlərin növbəti mərhələyə hazırlığının vəziyyəti ilə maraqlanıb, onlara müvafiq tövsiyələr verib və uğurlar arzulayıb. Həmçinin məktəb direktorlarına şagirdlərin növbəti mərhələyə hazırlanması istiqamətində göstərişlər verilib.
Qeyd edək ki, cari tədris ilində rayon üzrə 81 nəfər şagird RFO-nun növbəti mərhələsinə yüksəlib.
Zerdab.com