Zərdab rayonunda 51 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Zerdab.com xəbər verir ki, 1973-cü il təvəllüdlü Cəfərov Aqil Şura oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Report-un məlumatına görə, onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə aparılıb.
Müayinə zamanı ona qapalı onurğa sütununun travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Zerdab.com