Qətlə yetirilən 29 yaşlı Zərdablı gənc idmançı imiş – FOTOLAR

0
6282
etibar-feteliyev-zerdab.png

Xəbər verdiyimiz kimi, yanvarın 13-də saat 22 radələrində Bayıl qəsəbəsində 29 yaşlı Etibar Fətəliyev qohumu tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov Etibarın xalası oğludur. Qətlə yetirilən gənc isə fitnes üzrə peşəkar idmançı olub.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumatda hadisənin mübahisə zəminində baş verdiyi, xalası oğluna gücünün çatmayacağını görən şəxsin bıçaqla ona zərbələr endirərək qətlə yetirdiyi bildirilir.

Qeyd edək ki, hadisə Səbail rayonu, Salyan şossesi 15 ünvanında baş verib. Xəstəxanaya aparılan Etibar Fətəliyev yolda kəskin qanitirmədən vəfat edib. Y.İsmayılov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Zerdab.com saytı xəbər verir ki, Etibar Fətəliyev Milli Ordunun zabiti idi.

Etibar Fətəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. O, göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, E. Fətəliyev Zərdab rayonunda kifayət qədər tanınan nüfuzlu bir ailənin övladıdır.

Zerdab.com