Xəbər verdiyimiz kimi, Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb.
Zərdab rayonu üzrə 81 şagird Respublika fənn olimpiadalarının birinci mərhələsində uğur qazanaraq yarımfinala yüksəlib.
Zerdab.com saytı xəbər verir ki, Zərdab rayonu üzrə kənd məktəbləri arasında ən yüksək nəticəni Yarməmmədbağı kənd tam orta məktəbi göstərib.
Belə ki, bu məktəbin 17 şagirdi Respublika fənn olimpiadalarının birinci mərhələsində uğur qazanaraq yarımfinala yüksəlib.
Maraqlıdır ki, bu kənd uğur qazanan şagird sayına görə Zərdab şəhər 1 saylı məktəb-lisey istisna olmaqla, digər şəhər məktəblərini də üstələyib.
Zərdab şəhər 1 saylı məktəb-liseyin də 17 şagirdi olimpiadanın birinci mərhələsində uğur qazanaraq yarımfinala yüksəlib.
Zərdab rayonu üzrə kənd məktəbinin belə bir nəticə göstərməsi həqiqətən də ürəkaçandır.
Bu nəticə münasibətilə Yarməmmədbağı kənd tam orta məktəbinin direktoru Zülfiyyə Əhmədova başda olmaqla, bütün müəllim kollektivini, uğur qazanan şagirdləri və onların valideynlərini təbrik edirik.
Məktəbin həm bu, həm də ali məktəblərə qəbul imtahanında göstərdiyi nəticə bu təhsil ocağındakı nizam-intizamdan, təhsilə marağın yaradılması işinin düzgün təşkilindən, hər bir təhsil işçisinin öz işinə məsuliyyət və sevgi ilə yanaşmasından xəbər verir.
İşiniz avand, uğurlarınız davamlı olsun.
Zerdab.com