Milli Qəhrəman Polad Həşimovun 2011-ci ildə Zərdablı əsgərin valideyninə göndərdiyi təşəkkür məktubu.
Zerdab.com saytı xəbər verir ki, bu məktub Zərdabın Qoruqbağı kənd sakini, Zərdab Rayon İcra Hakimiyyətinin Sarıqaya kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyində çalışan Ramil Xəlilovun atası mərhum Kamal Xəlilova ünvanlanmışdı.
Bu məktub üçqat dəyərlidir. Birincisi, ona görə ki, Polad Həşimov kimi bir qəhrəmanın əsgəri olmaq özü bir qürurdur.
İkincisi, ona görə ki, Polad Həşimov elə bir şəxsiyyət idi ki, o, hər yoldan keçən əsgərə təşəkkür məktubu ünvanlamazdı, layiq olanın isə haqqını artıqlaması ilə verərdi – bu məktubda təşəkkür etdiyi əsgər kimi.
Üçüncüsü isə ona görə ki, Polad Həşimovun əsgəri olmaq və onun etimadını doğrultmaq, təşəkkürünü qazanmaq özü ayrıca bir qürurdur. İndi həmin keçmiş əsgər Polad Həşimovun bu təşəkkür məktubunu ən əziz bir xatirə kimi qoruyub saxlayır.
İllər ötüb, həmin əsgərin valideyni də dünyasını dəyişib, Polad Həşimov da.
Allah hər ikisinə rəhmət eləsin.
Həmin şəxs – keçmiş nümunəvi əsgər isə Zərdab RİH-in Sarıqaya kənd ərazi inzibati dairəsi üzrə nümayəndəliyində çalışan Ramil Xəlilov qardaşımızdır.
Ramil Xəlilova isə işlərində uğurlar arzulayırıq.