Zərdabın igid oğlu, polis baş leytenantı şəhid Bəhruz Hüseynov. Birinci Qarabağ müharibəsi başlayanda öz ərizəsi ilə Rusiyadakı iş yerini Zəngilana dəyişmişdi…
Zerdab.com xəbər verir ki, Bəhruz Hüseynov 18 noyabr 1957-ci ildə Zərdab rayonunun Əlibəyli kəndində anadan olub.
1977-1979 cu illərdə sovetlər ordusunda hərbi xidmət keçib.
Kalininqrad şəhərində polis məktəbini bitirib.
Sverdlovsk vilayətində polis baş leytenantı rütbəsinə qədər yüksəlib.
Qarabağ işğalçıların hücumuna məruz qalanda Bəhruz iş yerini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Zəngilan Rayon Polis Şöbəsinə dəyişib. Onun polis zabiti kimi döyüş yolu Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazilərində olub.
Bəhruz Hüseynov 28 yanvar 1994-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Belə qəhrəman oğulları xatırlamaq, gənc nəslə tanıtmaq hər birimizin borcudur.
Məkanı cənnət olsun.
Unutmadıq, unutmarıq…
Zerdab.com