Bir vaxtlar indiki Zərdab ərazisində Suffin adlı iri şəhər olub – Tarix

0
2031
zerdab-rayonu-tarix-qacaq

Zərdab rayonunun ərazisində mövcud olmuş digər iri şəhərlərdən biri də Suffindir.

Zerdab.com saytı xəbər verir ki, Suffin Zərdab ərazisində böyük ticarət mərkəzi hesab edilən şəhər olub.

Şirvanda İslam dinini yaymaq üçün aparılan Suffin döyüşü bu şəhərin adı ilə belə adlanır. Bəzi mənbələrə görə, Üveys-ƏL-Qərani (Veyis baba) bu döyüşdə dünyasını dəyişib.

Qəbri də elə burada böyük pir kimi ziyarətgaha çevrilib.

Suffin o dövrün əsas ticarət mərkəzlərindən biri imiş. Burada fəaliyyət göstərən bazarda minlərlə insan çalışarmış.

Yasər şəhəri də Zərdab rayonunun ərazisində mövcud olub. Yasər şəhəri indiki Yuxarı Seyidlər kəndinin yerində olub. Bu şəhər də böyük ticarət mərkəzlərindən biri imiş. Bu şəhər Suffin şəhəri ilə qonşuluqda yerləşirmiş. Bu böyük şəhərin indi yalnız adı qalıb.

Zərdab rayonu ərazisində arxeoloji qazıntılar, araşdırmalar aparılsa, həm tariximizin öyrənilməsi baxımından, həm də sözügedən yaşayış məntəqələrinin araşdırılıb öyrənilməsi baxımından zəngin nümunələr aşkara çıxarıla bilər.

Zerdab.com