Zərdab adına ilk dəfə XV əsr Ağqoyunlu dövrü mənbələrində rast gəlinir – TARİX

0
2691
zerdabin-xeritesi-zardab-xerite-zerdab-rayonu.png

“Zərdab adına ilk dəfə XV əsr Ağqoyunlu dövrü mənbələrində rast gəlinir. Rayon ərazisində yerləşən Əlvənd kəndi də məhz Ağqoyunlu Əlvənd Mirzənin dövründən iri yaşayış məskəninə çevrilib”.

Zerdab.com saytı xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev bildirib.

Belə ki, 1500-cü ildə Ağqoyunlu dövlətinin Əbhər sazişinə əsasən iki yerə parçalanmasından sonra dövlətin əsas mərkəzi hesab olunan Azərbaycan torpaqları Əlvənd Mirzənin hakimiyyəti altında qaldı. Məhz bu hadisə ərəfəsində Ağqoyunlu mənbələri Zərdabın adını çəkir. Təbii ki bunu həm də Ağqoyunluların Şirvanşahlarla sıx əlaqə saxlaması kimi də dəyərləndirmək olar.

1538-ci ildə Şirvanşahlar dövlətinə Səvəfi şahı I Təhmasib tərəfindən son qoyuldu və yaranmış Şirvan bəylərbəyliyinin cənub torpaqlarına Zərdab ərazisi də məhz Zərdab adı ilə daxil olmuşdur. Ümumiyyətlə, bu vaxta qədər Səfəvi mənbələrində ərazi xatırlansa da Zərdab toponiminin adı çəkilmirdi. Məsələn, Şah I İsmayıl Cabanı döyüşündən əvvəl Şamaxıya doğru yürüş edərkən “Qoyun ülumu”ndan keçdiyi bildirilir.

Vahid Azərbaycan Səfəvi dövlətinin yaradılması prosesində Şah I Təhmasib də bu ərazidən keçib və mənbələr qeyd olunan Zərdab ərazisini “Qoyun ülumu” adlandırıb. Belə hesab edirik ki, ərazidə maldarlığın yüksək inkişafı ilə əlaqədar bu yerlər Səfəvi tarixçiləri tərəfindən bu cür adlandırılıb.

Zerdab.com