Zərdab Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib

0
4370

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Zerdab.com saytı xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini Emil Kamilov icra edəcək.

Tibb üzrə fəlsəfə doktoru olan Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov ixtisasca cərrahdır. O, bundan əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Zerdab.com