Zərdabda Vətən müharibəsi şəhidləri Rüstəmli İbrahim, gizir Ağayev İlkin və gizir Muradov Turanın ailələri ziyarət olunub.
Zerdab.com saytı xəbər verir ki, Zəfər Günü ərəfəsində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva və digər rəsmi şəxslər iştirak ediblər.
Rayon icra hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardımlar edilib.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə və Millət vəkili Jalə Əliyeva şəhid ailələrinə başsağlığı verib, dövlətimizin hər zaman şəhid ailələrinin yanında olacağını vurğulayıblar.
Şəhidlərimizin ruhlarına dualar oxunub, onların keçdikləri şərəfli döyüş yollarından danışılıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.