Zərdabda şəhid ailələri və Vətən müharibəsində əlil olmuş rayon sakinləri ilə görüş keçirilib.
Zerdab.com saytına verilən məlumata görə, 8 Noyabr – Zəfər Günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyətində şəhid ailələri və Vətən müharibəsində əlil olmuş rayon sakinləri ilə görüş keçirilib.
Görüşdə onları narahat edən məsələlər dinlənilib.
Zərdab Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə görüş iştirakçılarına maddi yardımlar edilib.
Görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Zerdab.com