Zərdab rayonunda dəhşətli intihar hadisəsi baş verib.
Zerdab.com saytı xəbər verir ki, 89 yaşlı kişi canına qıyıb.
1934-cü il təvəllüdlü Cəbrayılov Cəbrayıl İbrahim oğlu özünü asıb.
Hadisə rayonun Məlikumudlu kəndində baş verib.
Belə ki, kənd sakini Cəbrayılov Cəbrayıl İbrahim oğlu özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Reportun məlumatına görə, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə aparılıb.
Faktla bağlı Zərdab rayon prokurorluğunda araşdırma aparılır.
Zerdab.com