“Gəncliyə Dəstək” İctimai Birliyi “REYS2 – Region yeniyetmələri üçün Soft Skills” mövzusunda təlimlərin təşkili layihəsi çərçivəsində Karyera Forumu təşkil edib.
Zerdab.com saytı xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən forumda məktəblilər iştirak ediblər.
Təhsildə keyfiyyətə nəzarət şöbəsinin müdiri, Karyera planlaması fənn müəllimi və karyera məsləhətçisi Sevinc Burzuyeva, beynəlxalq səviyyəli İT mütəxəssisi, İT İnstruktoru Şəmsi Namazov, “Zərdabi yolu” Tədris Mərkəzinin təsisçisi və direktoru Natiq Eyvazov, GİKM Dağlıq Şirvan Regional nümayəndəliyinin rəhbəri Coşqun İsmayılov qonaq qismində foruma qatılıblar.
“Gəncliyə dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli donor, təşkilat və layihə haqqında məlumat verib.
Qonaqlar iştirakçılara uğurlu karyera qurmaqda yumşaq bacarıqların rolundan, doğru karyera planlamasından və ixtisas seçimindən, gənclərin peşəkar kadr kimi yetişmələrinin vacibliyindən və bu yolda onlara kömək olacaq bacarıqların inkişaf etdirilməsindən danışıblar.
Qeyd edək ki, layihənin məqsədi regionun yeniyetmə və gənclərinin yumşaq bacarıqlarının (Soft Sklils) inkişafının təşkil olunması və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.
Zerdab.com