Onu tanıyanlar savadına güvənirlər – Peşəkar həkim həmyerlimiz Tənzilə Məmmədova + VİDEO

0
2304
tenzile-memmedova.png

Əslən Zərdab rayonunun Pərvanlı kəndindən olan həkim Tənzilə Məmmədova barəsində bir neçə il öncə də Zerdab.com-un sosial şəbəkə səhifəsində paylaşım etmişdik.

Belə savadlı, dəyərli bir həmyerlimizi tanımağımız lazımdır.

Tənzilə həkim hazırda Bakıda – Yasamal rayonunda 39 nömrəli şəhər poliklinikasında çalışır.

Bakıda yaşayan, savadlı həkim axtaran və ya rayondan paytaxta gəlib savadlı, vicdanlı həkim axtarışına çıxan həmyerlilərimiz Tənzilə Məmmədovanın savadına güvənə bilərlər.

Tənzilə həkim hansısa imkanlı və ya vəzifəli bir şəxsin övladı deyil, sadə, zəhmətkeş bir kəndli ailəsində böyüyüb, öz savadı ilə Tibb Universitetinə daxil olub və buranı maksimum nəticə ilə – qırmızı diplomla bitirib.

Elə işə də öz savadı ilə daxil olub – imtahan verib və nəticəsinə uyğun olaraq 39 nömrəli şəhər poliklinikasında işlə təmin olunub.

Belə savadlı, qabiliyyətli, dəyərli həmyerlilərimizin sayının çox olması hamımızın başucalığıdır.

Qeyd edək ki, Bakı Baş Səhiyyə Mərkəzi “… həkimin bir günü” adlı yeni layihəyə başlayıb. Layihənin adındakı üç nöqtənin yerində hər dəfə həkim peşəsinə aid bir ixtisas sahəsi əks olunacaq. İlk olaraq ailələri yaxından tanıyan, onlarla işləyən və ilkin səhiyyə xidmətində çox önəmli rol oynayan sahə həkimlərinin “bir günü” layihədə işıqlandırılacaq.

Həkim Tənzilə Məmmədovanın timsalında “SAHƏ HƏKİMİNİN bir günü”nü sizə təqdim edirik!

Zerdab.com