Şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun şəhidlik zirvəsinə ucalmasından 3 il ötür.
Zerdab.com saytı xəbər verir ki, anım mərasimində Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.
Zerdab.com