Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Zerdab.com xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayacaq.
Cədvələ əsasən, oktyabrın 25-də daxili işlər naziri Vilayət Eyvazov Zərdab sakinləri ilə də görüşəcək.
Görüş Ağcabədi şəhərində təşkil olunacaq.
Qəbulda Zərdab sakinləri ilə yanaşı, Ağcabədi, Ağdam, Bərdə, Laçın rayonundan olanlar da iştirak edəcəklər.
Daxili İşlər Nazirliyinin aidiyyəti strukturlarının səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciətlərini bildirmək istəyənlər qəbulda iştirak edə bilərlər.
Zerdab.com