Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb. Onlardan biri də “asancerime.com” səhifəsidir.
Zerdab.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur. Vətəndaşlara belə səhifələrə etibar etməmək, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamaq tövsiyə edilib.