Təzəkənddə Kürdə batan qızın meyiti Nəzəralı kəndi ərazisində tapılıb

0
243
zerdab-sariqaya-kur-zerdab

Zərdabda Kür çayında batan 14 yaşlı qızın meyiti tapılıb.

Zerdab.com xəbər verir ki, 2009-cu il təvəllüdlü Əsma Pərviz qızı Müzəffərlinin çayın sahilində şəkil çəkdirərkən ayağının sürüşməsi nəticəsində çaya düşməsi müəyyənləşib.

Belə ki, bir neçə gün öncə Bakıdan Zərdabın Təzəkənd kəndinə nənəsigilə qonaq gedən Əsma avqustun 24-də azyaşlı qohumları ilə çayın sahilinə əylənməyə gedib. Bu zaman o, foto çəkdirərkən suya yıxılıb və axında boğularaq ölüb.

Yeniyetmə qızın meyiti avqustun 25-də rayonun Nəzəralılı kəndi yaxınlığında çayda aşkar edilib.