Ölkə ərazisində “Təmiz ölkəm” aksiyası çərçivəsində keçirilən təmizlik aksiyaları Ağdam, Quba, Tovuz, Zərdab və Şəki rayonlarının meşə ərazilərində davam etdirilib.
Bu barədə Zerdab.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Nazirliyin yerli bölmələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
“Hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə, ətraf mühiti birgə qorumağa çağırırıq”, – deyə məlumatda bildirilib.
Zerdab.com