Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektoru və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Zərdab rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” mövzusunda dəyrimi masa təşkil olunub.
Zerdab.com xəbər verir ki, təbdirdə çıxış edənlər yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniya, erkən nikahlar və zərərli dini cəryanların fəsadları və mənfi nəticələri barədə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən rəsm əsərlərinə baxış keçirilib.
Zerdab.com