Zərdab Rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə Zərdab şəhər 1 nömrəli məktəb-liseyində polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.
Bu barədə Zerdab.com saytına DİN-in Mətbuat xidmətindən bildirilib.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Çıxış edən qonaqlar müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətimizin tərəqqisi naminə gördüyü işlər barədə geniş məlumat veriblər və yarış iştirakçılarına uğurlar arzu ediblər. Özünü müdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalıb gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.