Zərdab şəhəri ərazisindəki mağazaların birindən 5390 manat dəyərində 14 ədəd qızıl üzüyün oğurlanması barədə polisə məlumat daxil olub.
Zerdab.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Körpükənd kənd sakini Taleh İsazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.