Zərdab Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Zerdab.com saytı xəbər verir ki, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədr müavini Ramo Hacıyev Zərdab Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsinə təyin olunub.
Ramo Hacıyev əvvəllər Zərdab rayonu üzrə təhsil sektorunun müdir müavini vəzifəsində də çalışıb.
Qeyd edək ki, Ramo Hacıyev bu vəzifədə Rəhman Feyzullayevi əvəz edib.
Rəhman Feyzullayev bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu.
Rəhman Feyzullayevin yaş həddi ilə əlaqədar vəzifədən çıxarıldığı deyilir.
Zerdab.com