Zərdabın 3 məktəblisi Respublika fənn olimpiadasında qalib oldu – ADLAR

0
164
zerdab-rayonu

Zərdabın 3 məktəblisi Respublika fənn olimpiadasında qalib olub.

Zerdab.com açıqlanan nəticələrə əsasən həmin qaliblərin adlarını təqdim edir:

1. Nuriyev Orxan Bəxtiyar oğlu. Orxan Nuriyev Coğrafiya fənni üzrə qızıl medal qazanıb. O, şəhər 3 nömrəli tam orta məktəbin yetirməsidir.

2. Hüseynov Hüseyn Natiq oğlu. H. Hüseynov İsaqbağı kənd orta məktəbinin yetirməsidir və olimpiadada coğrafiya fənni üzrə gümüş medal qazanıb.

3. Həsənzadə İbrahimxəlil Azər oğlu. İ. Həsənzadə Fizika fənni üzrə bürünc medal qazanıb. Şəhər 1 nömrəli məktəb-liseyin yetirməsidir.

Biz də öz növbəmizdə qalibləri, onların əziyyətini çəkən müəllimləri və valideynlərini təbrik edirik.

Zerdab.com