Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Zərdab rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Zərdab rayonu üzrə: Yuxarı Seydlər kəndi Bıçaqçı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi vahidi yaradılsın.
Bıçaqçı kənd inzibati ərazi vahidinin Siləyli kəndi Yuxarı Seyidlər kənd inzibati ərazi vahidinin tabeliyinə verilsin.
Məlikumudlu kəndi Çallı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Məlikumudlu kənd inzibati ərazi vahidi yaradılsın.
Şəftəhal kəndi Şahhüseynli kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Şəftəhal kənd inzibati ərazi vahidi yaradılsın.
Şahhüseynli kənd inzibati ərazi vahidinin Aşağı Seyidlər kəndi Şəftəhal kənd inzibati ərazi vahidinin tabeliyinə verilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 14 iyul 1998-ci il