“Gəncliyə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkil etdiyi “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” Proqram çərçivəsində “G2S2 – Gəncdən Gəncə Soft Skills” layihəsi icra edilir.
İctimai Birlikdən Zerdab.com saytına verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd region gənclərinin bacarıqlarının inkişafını və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdır.
Layihə çərçivəsində Zərdab şəhərində 15 gəncin iştirakı ilə iki günlük təlimlər təşkil olunub.
İki gün davam edən layihə zamanı iştirakçılara “Uğurlu karyera qurmaqda Soft Skillsin rolu”, “Zamanın idarə olunması”, “Müsahibə”, “Hədəf təyinetmədə SMART metodu” və “SWOT Analiz” kimi mövzularda təlimlər, vörkşoplar, panel görüşü, komanda quruculuğu və məlumatın düzgün çatdırılması oyunları keçirilib.
Zerdab.com