Prezident İlham Əliyev “Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb.
Zerdab.com saytı xəbər verir ki, Sərəncamla İlqam Elxan oğlu Həsənquliyev Zərdab Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
İlqam Həsənquliyev bu vəzifəyədək Yardımlı Rayon Məhkəməsinin hakimi olub.
Zərdab Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilən Tahir Möhsüm oğlu Qubadova isə daha yüksək vəzifə verilib. Belə ki, Tahir Qubadov Tərtər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Zerdab.com