Ukraynada iki zərdablı qardaşın ölümü ilə bağlı təfərrüatlar – Maşını hərbi maşının yanında dayanıbmış

0
123
zerdab-rayonu-zərdab-rayonu

Zərdabın Məmmədqasımlı kənd icra nümayəndəsi Mətləb Müzəffərovun avtobusun vurulması zamanı 4 kənd sakinin ölməsi ilə bağlı xəbərlərə münasibət bildirib. 

Zerdab.com saytı “qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

O bildirib ki, ötən gün səhər saatlarında Ukraynanın Xerson vilayətində Məmmədqasımlı kəndindən olan iki qardaş həlak olub. Bunlar 1960-ci il təvəllüdlü Uğurluyev Gülağa Həsən oğlu və 1973-cü il təvəllüdlü Uğurluyev Fəqan Həsən oğludur.

Məlumata görə, onlar ruslar tərəfindən atılan raket nəticəsində ölüblər. Belə ki, hadisə zamanı qardaşların şəxsi avtomobili Rusiya Silahlı Qüvvələri tərəfindən hədəfdə olan hərbi maşının yanında dayanıb. Qardaşlar Donetsk vilayətində yaşayırmış.

Qeyd edək ki, vəkil Aqil Layıc öz feysbuk hesabında Zərdab rayonunun Məmmədqasımlı kəndindən 4 sakinin partlayışda həlak olduğunu bildirmişdi.

***

Əvvəlki xəbər

Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

Zerdab.com saytı xəbər verir ki, bu barədə vəkil Aqil Layıc öz feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib.

Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləri olduğu bildirilir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmək istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

“Rusiya quldurları Ukrayna tərəfə keçmək istəyən azərbaycanlıları daşıyan avtobusu partladıb. Xeyli sayda ölənlər var. Daha çox Zərdab rayonundan olan həmvətənlərimiz həlak olub. Zərdabın tək bir kəndindən 4 nəfər öldürülüb. Hamısı da dolanışıq üçün rus torpaqlarına gedənlərdir. Ölkədən dolanışıq üçün qaçasan və axırda da belə faciə ilə üzləşəsən”, – paylaşımda bildirilib.
Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, əraflı məlumat veriləcək.

Qeyd edək ki, ötən gün Zərdab rayonunun Məmmədqasımlı kəndindən olan iki nəfərin – Xersonda həlak olduğu açıqlanmışdı.

Ölənlər Gülağa və Fəqan qardaşlarıdır.

Zerdab.com