Zərdab rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb.
Zerdab.com saytı xəbər verir ki, Mərkəzdə aşağıdakı xidmətlər həyata keçirilir:
* Psixoloq
* Loqoped
* Fizioterapiya / masaj
* Pedaqoq
Qeyd: Xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən tam ödənişsiz olaraq yalnız əlillik dərəcəsi olan uşaqlar üçün nəzərdə tutulub.
Əlaqə telefonları:
+994 50 768 06 05
+994 50 662 11 70
Ünvan: 1 nömrəli məktəbin yanı, “Panda school”.
Zerdab.com