Zərdab rayonunun Şıxbağı kəndində yaralı əsgərlə görüş keçirilib – FOTOLAR

0
218
zerdab-sixbagi-yarali-esger.png
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatların qarşısını alarkən qəhrəmanlıq göstərərək yaralanmış Zərdab rayonunun Şıxbağı kənd sakini Cəbrayılov Zeynal Eldəniz oğlu doğma kəndinə qayıdıb.
Zerdab.com saytı xəbər verir ki, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, başçının birinci müavini Rəhman Feyzullayev, İHB Aparatının şöbə müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi Ramin Əhmədov, ərazi üzrə icra və bələdiyyə orqanlarının rəhbərləri yaralı əsgər və ailəsi ilə görüşüb. Görüş zamanı icra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz nəinki ermənilərin təxribatının qarşısını alıb, torpaqlarımızın qorunmasında qəhrəmanlıq göstərib, düşmənin xeyli döyüş texnikasını, canlı qüvvəsini məhv edib.
O, bildirib ki, Zəngilan rayonu istiqamətindəki şiddətli döyüşlər nəticəsində Zərdab rayonunun Kəndəbil kəndindən olan kiçik gizir Rüstəmov Fərid Nafil oğlu da qəhrəmancasına şəhid olub.
İcra başçısı Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib. Görüş iştirakçıları hərbi xidmətdə Zeynal Cəbrayılova uğurlar arzulayıblar.
Görüşün sonunda əsgərin ailəsinə maddi və ərzaq yardımı olunub. Göstərilən qayğıya görə özü və ailəsi adından ölkə rəhbərliyinə minnətdarlıq edən əsgər Zeynal Cəbrayılov bundan sonra da Vətənə sədaqətlə qulluq etməyə, Ali Baş Komandanın hər an verə biləcək döyüş əmrinə hazır olduğunu bildirib.
Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər