Millət vəkilimiz Jalə Əliyeva Zərdab rayonundan ali məktəblərə qəbulda nailiyyət əldə edərək, 400-dən çox bal toplayan və tələbə adını qazanan 43 gənclə görüşüb.
Zerdab.com saytı xəbər verir ki, millət vəkili 600-dən yuxarı bal toplayan 6 tələbəni göstərdikləri yüksək nəticəyə görə “Təşəkkürnamə” ilə təltif edib, onlara bundan sonra da təhsildə və həyatda uğurlar arzulayıb.
“Bu gənclərin hər biri gələcəyin qurucularıdırlar. Yolları daim açıq olsun!”,-deyə millət vəkili bildirib.
Zerdab.com