Millət vəkili Jalə Əliyeva Zərdab rayonunun Lələağacı və Yarməmmədbağı kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.
Zerdab.com saytı xəbər verir ki, qəbul Yarməmmədbağı İcra nümayəndəliyinin klubunda baş tutub.
Hər iki kəndin sakinləri kəndin yol, işıq, qaz, su problemlərinin həllində göstərdiyi köməyə görə deputat Jalə Əliyevaya təşəkkürlərini bildirib, istər ölkədə, istər rayonda həyata keçirilən bütün quruculuq layihələri üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Sakinlər kəndə intetnet xəttinin çəkilməsi və aşınmaya məruz qalan su boru xəttinin dəyişdirilməsi, eyni zamanda kənd orta məktəbinin ana yola bağlanan hissəsinə uşaqların təhlükəsizliyi üçün tramplin qoyulmasında köməklik göstərməsini xahiş ediblər.
Səyyar qəbul çox səmimi və məmnuniyyət ortamında keçib.
Zerdab.com