Zərdabda xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar – Təfərrüat

0
295
zerdab-rayonu-zərdab-rayonu

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub.

1989-cu il təvəllüdlü E. Məmmədli, onun qardaşı arvadı A. Məmmədli və dostu O. Səmədov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndiriliblər.

Məlum olub ki, hadisədən əvvəl E. qonşuluqda yaşayan 15 yaşlı qızla evlənmək istədiyini və onu qaçırmağı planlaşdırdığını deyib. Bu məqsədlə o, qardaşı arvadı A. köməyindən istifadə edib. Belə ki, A. qonşu qızını saçına xına qoymaq adı ilə aldadaraq yaşadığı evə çağırıb. Burada onlar qızı zorla O-nun maşınına salaraq Ucar istiqamətinə aparıblar və A. qardaşının evinə gətiriblər.

Daha sonra hadisə ilə bağlı polisə məlumat verilib və yetkinlik yaşına çatmayan qız ailəsinə geri qaytarılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məmmədliyə 10 il 3 ay, onun dostu və avtomobilin sahibi O. Səmədova 10 il, A. Məmmədliyə isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Aygünün cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, azadlıqda qalıb.

Mənbə: “Qafqazinfo” saytı