Zərdabda bir ailənin altı üzvü qəzaya düşdü: Bir nəfər öldü, yaralılar var

0
200
zerdab-rayonu

Zərdab rayonunda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb.

Zerdab.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E. Qasımov idarə etdiyi VAZ-21015 markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.

Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri – gəlini və üç nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.