Vətən müharibəsində
Biz qələbə qazandıq.
Bu gün Anım Günüdür
Qəhrəmanları andıq.
***
Tarix yazdı igidlər,
Hamısı əzizimizdir.
44 günlük müharibə,
Şanlı tariximizdir!
***
Dəmir yumruq düşmənin,
Mənfur başını əzdi.
Düşmənlər Qarabağda
Daim qala bilməzdi.
***
İndi azad Qarabağ
Günbəgün abadlaşır.
Mənim qədim torpağım!
Sənə bu çox yaraşır.
***
Bizə Zəfər yaşatdı,
İgid oğullarımız.
Hər birini anırıq,
Minnətdarıq hamımız!
***
Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!
Müəllif: Nicat İsmayılov, “Xəzər Tv”nin redaktoru
***
Həsrət bitdi, Qarabağ
Qarabağı işğaldan,
Azad etdi igidlər.
Heç zaman unutmarıq,
Tarix yazdı şəhidlər.
***
44 gündə düşmənə,
Qəhrəmanlar çəkdi dağ.
30 il ayrı qaldıq,
Həsrət bitdi, Qarabağ.
***
Keçdi qorxmaz oğullar,
Od-alovun içindən.
Danışacaq nəsillər,
Onların mərdliyindən.
***
Aylar, illər ötəcək,
Qürurla anacağıq.
Şəhidlər ölməzdilər,
Birgəyik sanacağıq.
***
Əziz Vətən, can Vətən,
İgidlərin var olsun.
Oğlun, qızın səninlə
Daim bəxtiyar olsun.
Müəllif: Nicat İsmayılov, “Xəzər Tv”nin redaktoru
***
Biz Zəfər qazanmışıq!
İgidlər öz qanıyla
Yazdı Zəfər dastanı.
30 il gözləmişdik,
Bu tarixi, bu anı.
***
Dəmir yumruq düşmənə,
Öz yerini göstərdi.
44 günlük döyüşlər,
Tarixi bir Zəfərdi.
***
Analar ağlamasın,
Şəhidlər ölməzdilər.
Düşmənlər öz xoşuyla,
Yurdumdan getməzdilər.
***
44 günə min ilin,
Tarixini yazmışıq.
Qarabağ Azərbaycandır,
Biz Zəfər qazanmışıq.
***
Polad iradəmiz var,
Sınmarıq, əyilmərik.
Bir ölüb, min dirilən
İgid Mübarizlərik.
Müəllif: Nicat İsmayılov, “Xəzər Tv”nin redaktoru
***
Tarix yazdı igidlər
Mən bir Vətən övladı,
Dərs aldım tariximdən.
Düşmənlər anladı ki,
Biz qorxmarıq heç kimdən.
***
Mən həqiqət carçısı
Qarabağ yurdum mənim.
Tarix yazdı igidlər,
Bunu gördü düşmənim.
***
Yaşasın Azərbaycan,
Düşmənləri xar olsun.
Uğrunda verərik can,
Təki Vətən var olsun.
Müəllif: Nicat İsmayılov, “Xəzər Tv”nin redaktoru
Qisasını almışıq
Xocalı qisasını
Alıbdır igidlərim.
Artıq Zəfər marşını
Çalıbdır igidlərim.
Xocalı soyqırımı,
Yaddan çıxmaz heç zaman.
Günahsız insanlara,
Düşmən verməmiş aman.
Alındı 44 günə,
Xocalının qisası.
Qazandığımız Zəfər,
Babaların mirası.
İgid oğullarımız,
Tarix unutmaz Sizi.
Bizə Zəfər yaşadıb,
Tarixdə qoyduz izi.
Müəllif: Nicat İsmayılov
Gözün aydın, ey Vətən
Vətən müharisində,
Qələbə qazanmışıq.
İgidlərlər fəxr edib,
Şəhidləri anmışıq.
*
Gözün aydın, ey Vətən,
Sağalır yaraların.
Gör necə qəhrəmandır,
Oğulların, qızların.
*
Dəmir yumruq hər zaman,
Yerində olacaqdır.
Düşmən ağıllanmasa,
Cavabın alacaqdır.
Müəllif: Nicat İsmayılov
Düşmənə dağ çəkmişik
Çiçək açır, gül açır,
O gözəl Qarabağım.
İgidlər tarix yazıb,
Azad olub torpağım.
*
44 gün gecə-gündüz,
Apardıq mübarizə.
Düşmənə dağ çəkmişik,
Həsədlə baxır bizə.
*
Şəhidləri anırıq,
Qazilər baş tacımız.
Onların sayəsində
Bitdi bütün acımız.
*
Xalqım qalib Xalq kimi,
Daima yaşayacaq.
Qarabağ əvvəlkitək
Cənnət diyar olacaq.
Müəllif: Nicat İsmayılov