Millət vəkili Jalə Əliyev yenidən təmsilçisi olduğu Zərdab rayonuna səfər edib, seçiciləri, rayon sakinləri ilə görüşüb.
Zerdab.com saytına verilən məlumata görə, millət vəkili günün birinci yarısında rayonumuzun Xanməmmədli, Hüseynxanlı və Məmmədqasımlı kəndlərində olub, seçicilərlə açıq havada səyyar qəbul keçirib.
Millət vəkili seçiciləri dinləyib, onları düşündürən və narahat edən məsələlərlə maraqlanıb, qaldırlan məsələlərin həlli istiqamətində müvafiq qurumlarla birlikdə addımlar atıb.
Günün ikinci yarısında isə millət vəkili Zərdabın başqa kəndlərində görüşlərini davam etdirib,
Belə ki, rayonun Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı, Gəndəbil, Ağabağı kəndlərində səyyar qəbul keçirilib.
Seçicilərinin problemlərini və təkliflərini dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib.
Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.
Deputat seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.
Qeyd olunub ki, Gəndəbil, Ağabağı kəndlərinin əsas problemi qaz xəttinin onların kəndlərinə illərdir verilməməsidir.
Kənd sakinləri haqlı olaraq narazılıq bildirib ki, niyə qonşu kəndlərin hər birində qaz var, amma bizim kənddə yoxdur.
Millət vəkili seçicilərinin yanında “Azəriqaz” İstehsalat Birliyi sədri ilə əlaqə saxlayıb və bildirilib ki, bu ilin sonuna kimi adları çəkilən kəndlər də təbii qazla təmin ediləcək.
Əlavə olaraq sözügedən kəndlərdə elektrik naqillərinin yarasız vəziyyətə olması barədə millət vəkili “Azərişıq” Şəhmdar Cəmiyyətinin sədri ilə birbaşa əlaqə yaradıb və məsələnin qısa müddətdə həll oluna biləcəyi barədə adıçəkilən qurumun rəhbərliyi tərəfindən söz verilib.
Bununla yanaşı, barama və digər kənd təsərrüfatı məhsullarına subsidiyaların verilməsində vətəndaşın qarşılaşdığı problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə danışılıb və məsələ öz həllini tapıb.
Eyni zamanda, işsizlik, səhiyyə, əlilliyin təyin edilməsi, özünə məşğulluq proqramına cəlb olunmada yaranan problemlər və s. fərdi xarakterli məsələlərin həllində köməklik göstərməsi üçün qəbul sırasında deputata yazılı müraciətlər edilib.