Dünən Zərdabda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası olub. Rüfət Zaur oğlu Məmmədov adlı yeniyetmə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Rüfət Məmmədov 17-18 yaşlarında olub. Əvvəllər Zərdab rayonunda yaşayan ailə üç il olar ki, Mingəçevir şəhərinə köçübmüş.
O, Zərdaba baba-nənəsigilə gəlib. Velosipedlə axşamüstü yola çıxıb. Həmin vaxt Ağcabədi istiqamətində işləyən “İkarus” avtobusu onu vurub. Yeniyetmə yerindəcə keçinib.
Qeyd edək ki, Rüfət Məmmədov valideynləri ilə Zərdabda yaşadığı vaxt 3-4 il idmanın cüdo növü ilə məşğul olub. Zona yarışında beşinci olmuş R.Məmmədov 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş açıq İmişli rayon birinciliyində medal qazanıb.
Mənbə: Oxu.az saytı