Zərdabın yetirməsi, Həsən bəy Zərdabi adına 1 saylı orta məktəb-lisyedən məzun olmuş Günay Kərimova təhsilini Cənubi Koreyada davam etdirəcək.
Bu barədə Zerdab.com saytına onun yaxınları məlumat veriblər. Belə ki, Günay Kərimova Koreya Dövlətinin Doktorluq Təqaüd Proqramının qalibi olub.
Bu rəqabətli proqramda dünya ölkələrindən güclü namizədlər arasından seçilərək qalib olan Günay Kərimova növbəti 4 ili Cənubi Koreyada Koreya Universitetinin PhD tələbəsi kimi oxuyacaq və Ətraf mühit elmləri və ekologiya mühəndisliyi üzrə doktorluq dərəcəsi alacaq.
Koreya Unievrsiteti dünyanın ilk 100 universiteti sırasında ilk 50-likdə yer alır və Cənubi Koreyanın SKY universiteti hesab olunur.
Qeyd edək ki, Günay Kərimova Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentindən 2016-cı ildə məzun olub, sonra magistr dərəcəsini Bakı Dövlət Universitetində alıb. Həmçinin Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentində müəllim kimi fəaliyyət göstərmişdir. Dövlət İmtahan Mərkəzində isə abitruyentlərin Coğrafiya fənnindən ekspert-marker müəllimi kimi çalışmaqdadır.
Günay Kərimova ölkə daxilində və xarici ölkələrin elmi jurnallarında nəşr olunmuş bir neçə elmi əsərlərin (məqalə və tezis) müəllifidir.
Sonda qeyd edək ki, həmyerlimiz öz sahəsi üzrə müxtəlif ölkələrdə Braziliya, Cənubi Koreya, Qazaxstan, Türkiyədə həm təcrübələr əldə etmiş, həm də ölkəmizi təmsil etmişdir.
Təbrik edirik.
Zerdab.com saytı