Zərdab Rayon İcra Hakimiyyətində icra başçısı Mərdan Camalzadənin sədrliyi ilə “Zərdab rayonunda 2021-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə videoformatda müşavirə keçrilib.
Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com-a verilən məlumata görə, Zərdab rayonunun 2021-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələr barədə videoçarx nümayiş etdirildikdən sonra, icra başçısı ilin uğurla başa çatdırılması üçün aidiyyəti rəhbər vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Ruslan Nemətov və Rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov çıxış edərək rəhbərlik etdikləri sahələrdə görülmüş işlər haqqında məlumat verib, bütün sahələrdə əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Zerdab.com