Zərdabda 15 iyun – Milli Qurtuluş günü və şəhər ərazisində tikilmiş “Abad məhəllə”nin açılışı münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, əvvəlcə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı tərəfindən Ümummilli liderin abidəsi ziyarət olunub.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə rayon sakinlərini Milli Qurtuluş günü münasibətilə təbrik edib.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanmışdır və bu gün də dayanır.
Daha sonra Zərdab şəhəri ərazisində inşa olunmuş abad məhəllənin açılışı münasibətilə məhəllə sakinlərini təbrik edən icra başçısı burada görülən işlər barədə sakinlərə məlumat verib.
Bildirilib ki, şəhərin Azərbaycan küçəsi istiqamətində, 10-cu məhəllədə inşa olunan sahəsi 0,54 ha olan abad məhəllənin tikintisinə cari ilin aprel ayında başlanılıb və iyun ayında yüksək keyfiyyətlə başa çatdırılıb. Abad məhəllədə 1600 kv.metr sahəyə dekorativ tamet tavalar vurulub, 400 p/m bardyur düzülüb. Sakinlərin istirahəti üçün 4 ədəd kölgəlik, 10 ədəd dekorativ oturacaqlar quraşdırılıb, diametri 10 metr olan aqlay tavalarla üzlənmiş dairəvi formalı oturacaq inşa edilib. 2 ədəd əyləncə qurğusu hazırlanaraq uşaqların istifadəsinə verilib. Ərazidə 2000 kv.metr sahədə yaşıllıq zonası salınıb, 100 ədəd həmişəyaşıl ağaclar əkilib.
Tədbirdə çıxış edən millət vəkili Jalə Əliyeva tədbir iştirakçılarını Milli Qurtuluş Günü və “Abad məhəllə”nin açılışı münasibətilə təbrik edib.
Çıxış edən məhəllə sakinləri görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.