Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 50-ci kilometrliyində, Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində Kür çayı üzərində inşa olunmuş və bu yaxınlarda istifadəyə verilmiş yeni avtomobil körpüsünün işıqları yanmır.
Bu barədə Zerdab.com saytına sakinlər və yoldan istifadə edən sürücülər məlumat veriblər.
Sakinlər problemin tezliklər həll edilməsinin vacib olduğunu bildiriblər. Belə ki, gecələr işıqları yanmayan bu körpüdə xüsusilə piyadaların həyatı üçün təhlükə var.
Körpü 4 aşırımlı olmaqla uzunluğu 175,4 metrdir.
Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini işıqlandıracağıq.
İndi isə sakinlərin Zerdab.com saytına göndərdikləri fotoları təqdim edirik.