Zərdabda 3 kənd yolu təmir olunur – Açıqlama

1
118

Xəbər verdiyimiz kimi, Zərdab rayonu ərazisində 3 kənd yolunda təmir işlərinin icrasına start verilib.

Zerdab.com saytının məlumatına görə, bu, uzunluğu 15.9 km olan Yarməmmədbağı, 4.7 km uzunluğa malik Körpükənd və km-lik Əlvənd kəndlərinin yollarıdır.

Hazırda yollar boyu xüsusi texnikalardan istifadə olunmaqla yatağın genişləndirilərək profilə salınması və IV texniki dərəcəyə uyğun inşası, həmçinin lazımi qarışıqlardan istifadə olunmaqla yol əsasının tikintisi işləri həyata keçirilir.

Yarməmmədbağı, Körpükənd və Əlvənd kənd yollarında müvafiq olaraq 20, 10 və 9 ədəd dairəvi suötürücü borunun quraşdırılması da layihə üzrə nəzərdə tutulur.

Zerdab.com

1 comment

  1. Oxuduguma göre Otmanabanın adı yoxuydu.Orada yol çəkilir ama.Əlvəndində əsas yolu qalır.Yarımçıq iş…

Comments are closed.