Daxili İşlər Nazirliyinin Zərdab Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib.
Nazirlikdən Zerdab.com saytına verilən xəbərə görə, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kürdəmir RPŞ-nin təhqiqat bölməsinin rəisi, polis mayoru İkram Əhmədov vəzifəsindən çıxarılıb.
Nazirin digər əmri ilə mayor İ.Əhmədov Zərdab RPŞ-nin əməliyyat işi üzrə rəis müavini təyin olunub.
Məlumat üçün bildirək ki, bu təyinata qədər həmin vəzifədə polis polkovnik-leytenantı Amil Seyfullayev çalışırdı.
Amil Seyfullayev nazirin əmri ilə bir müddət öncə Astara Rayon Polis Şöbəsinin xidmət işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.
Zerdab.com