Prezident İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan başlanan əhalinin vaksinləşmə prosesinə Zərdab rayonunda da start verilib.
Zerdab.com saytına verilən məlumata görə, infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonumuzda əhalinin vaksinləşmə prosesinə rəhbərlik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah və xüsusi qrup yaradılıb.
İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd İƏD üzrə nümayəndəliklərinə aidiyyəti qurumlarla birlikdə əhali arasında təşkilati-izahat işləri aparmaqla vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün zəruri tədbirlər görülməsi tapşırılıb.
Başlanan bu mühüm tədbirlə bağlı vaksinlər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayona gətirilib, rayon mərkəzi xəstəxanasının binasında xüsusi vaksin otağı ayrılıb, burada vaksinləşmənin aparılması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Vaksinlər ilk olaraq xüsusi risk qrupuna daxil olduqları üçün tibb işçilərinə vurulur.
Zerdab.com