Millət vəkilimiz Jalə Əliyeva şəhidlərimizin məzarlarını ziyarət edib, ailə üzvləri ilə görüşüb – Fotolar

0
92

Şəhidlərimiz bizim hər birimizin baş tacıdır, Şəhid məzarları, Şəhidlər xiyabanları bizim müqəddəs and yerimizdir. Hamısına minnətdarıq, hamısına bir ömür boyu borcluyuq.

Bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən olan millət vəkili, professor Jalə Əliyeva deyib.

Hər zaman seçicilərinin qayğılarını, problemlərini dinləyən, dilə gətirilən məsələləri parlament tribunasından, digər kürsülərdən səsləndirən, bir çox hallarda onların həllinə nail olan millət vəkili Şəhid və Qaziləri, onların ailələrini də heç zaman unutmayıb, diqqətdən kənarda saxlamayıb.

Zərdaba və Ucara – 92 saylı Seçki Dairəsinə aid olan bölgələrə səfərləri zamanı hər zaman Şəhid və Qazi ailələri ilə görüşüb, onları düşündürən məsələlərlə maraqlanıb, dəstək olub.

Zərdaba növbəti səfəri zamanı millət vəkili yenə də Şəhid ailələrinə – 44 günlük tarixi İkinci Vətən Müharibəsində dastan yazmış, Şəhidlik məqamına ucalmış Zərdablı Şəhidlərin ailələlərinə baş çəkib, Vətən qəhrəmanlarının məzarlarını ziyarət edib.

Millət vəkili açıqlamasında qısaca olaraq bunları deyib:

“Zərdabda şəhid Məmmədzadə Anar Nazim oğlunun, Körpükənd kəndində şəhid Muradov Turan Vaqif oğlunun, şəhid Ağayev İlkin Tehran oğlunun, Hüseynxanlı kəndində şəhid Abbasov Ağaqardaş İlham oğlunun məzarları qarşısında ruhlarına dualar oxuduq, doğulub böyüdükləri evlərində valideynlərini, əzizlərini ziyarət etdik. Gözü yaşlı, amma qürurlu ata-analarına, ömür-gün yoldaşlarına Allahdan səbr dilədik. Nə desək, nə etsək, borclarından çıxa bilmərik. Onlar ölmədilər! Onlar hər zaman bizimlədirlər”.