Bakıda oğurluq edən Zərdab rayon sakinləri saxlanılıblar.
Zerdab.com saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar paytaxtın Xəzər rayon Türkan qəsəbəsi ərazisindəki yarımstansiyaların birindən 7000 manat dəyərində transformatorun vakuum açarını oğurlamaqda şübhəli bilinirlər.
Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar.
Bunlar Zərdab rayon sakinləri D. Kərimli, G. Güləhmədli, R. İsayevdir.
Araşdırmalar davam etdirilir.
Zerdab.com