Dünən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları da gətirilib.
Zerdab.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyətinə general-mayor İnqilab Muradov başçılıq edib.
Zerdab.com saytı xəbər verir ki, Prezident İlham Əliyevin hələ 2019-cu ilin mart ayında imzaladığı sərəncamla İnqilab Heydər oğlu Muradova general-mayor hərbi rütbəsi verilib.
İnqilab Muradov 1967-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində
anadan olub. 1984-1988-ci illərdə Rusiyanın Kamışinski Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. 1993-cü ildən Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında
xidmət edir.
30 iyun 2002-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Həmçinin İnqilab Muradov “Qüsursuz xidmətlərə görə”,
“Hərbi xidmətlərə görə”,
2 və 3 dərəcəli “Hərbi
xidmətdə fərqlənməyə görə”,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalları ilə də təltif olunub.
Prezidentin sərəncamı ilə
2018-ci ildən İnqilab Muradov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qərargah rəisinin
1-ci müavinidir.
10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradında Daxili Qoşunların parad heyətinə general-mayor İnqilab Muradov başçılıq edib.
Həmyerlimizlə fəxr edir, uğurlarının davamlı olmasını diləyirik.