Zərdab-Bərdə sərhədində son 10 gündə ikinci zəlzələ oldu – Açıqlama

0
75
zerdab-rayonu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 06:56-da Zərdab stansiyasından 17 km qərbdə Zərdab-Bərdə sərhədində zəlzələ qeydə alınıb.

Bu barədə Zerdab.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilir ki, yeraltı təkanlar 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Qeyd edək ki, oktyabrın 5-də Zərdab stansiyasından 19 kilometr qərbdə – Zərdab-Bərdə sərhədində maqnitudası 4.2 olan zəlzələ baş vermişdi.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilmişdi ki, yeraltı təkanlar həmin yerli vaxtla saat 10:56-da qeydə alınıb.

Ocağı 33 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunmuşdu.

Zerdab.com