Zərdab, Ağcabədi və Ucarda gənclər üçün maraqlı layihə – İstəyənlər qoşula bilər

1
79

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region könüllüləri hərəkatı” adlı layihəsinin icrasına başlayıb. Zerdab.com saytına verilən məlumata görə, layihənin icra müddəti 3 ay olmaqla Zərdab, Ağcabədi və Ucar rayonlarının gənclərini əhatə edəcəkdir. Layihə mövcud vəziyyətə (koronavirus pandemiyası) uyğunlaşdırılıb və onlayn formatda həyata keçirilməsi planlaşdırılır.

Layihənin məqsədi region və kəndli gəncləri sosial xidmət sahəsində könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək və onlarda sosial məsuliyyət hissini artırmaqdan ibarətdir.

Layihədə region (Ucar, Zərdab, Ağcabədi) gənclərinin sosial xidmət sahəsində könüllülük hərəkatının təşkili, onlayn tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Layihədə əsasən pandemiya dövründə tənha, ahıl şəxslərə sosial xidmətin göstərilməsində konüllülərin rolu artırılacaq. Layihənin icrası zamanı bütün tədbirlər poçt və internet (zoom platformasında) vasitəsilə həyata keçiriləcəkdir.

İcra planına müvafiq olaraq 1-ci ay Zərdab rayonunda layihə komandasının iştirakı ilə hazırlıq mərhələsi həyata keçiriləcək, 2-ci və 3-cü aylarda isə həm Zərdab rayonu, Ağcəbədi və Ucar rayonları üzrə də gənclərin onlayn konfransları və tədbirlər həyata keçiriləcəkdir.

“Gəncliyə dəstək” İctimai Birliyi.

1 comment

Comments are closed.