Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməyib – Rəsmi

0
64
zerdab-vakansiya-isci-axtarilir

Müxtəlif internet saytlarında və sosial şəbəkələrdə Zərdab Rayon İcra Hakimiyyətində guya əməliyyat keçirilməsi barədə həqiqətə uyğun olmayan yazılar dərc olunmuşdur. Zərdab Rayon İcra Hakimiyyətinin mətbuat xidməti bildirir ki, Zərdab Rayon İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməmişdir. Dərc olunmuş həmin materialların heç bir hüquqi əsası yoxdur.

Zərdab Rayon İcra Hakimiyyəti Mətbuat Xidməti